Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq
17 oktyabr saat 09:00-dan 19 oktyabr saat 20:00–dək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin 16-cı və Tofiq Məmmədov küçələrində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, işlərin aparıldığı müddət ərzində iş aparılan zolaq üzrə (digər hərəkət zolağı açıq qalacaq) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Gundelik-Baku.Org