Sabah bu rayonda qaz kəsiləcək

Sabah bu rayonda qaz kəsiləcək
Şəmkirdə qazın verilməsində dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərində (304,5-ci km-də) görüləcək təmir işləri ilə əlaqədar, 2022-ci ilin dekabrın 30-u saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1Əhali”, “Şəmkir-2 Sənaye” , “Əliyaqublu 1 və 2”, “Çinarlı əhali” və “Çinarlı Sənaye” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Gundelik-Baku.Org