Rusiya hələ də Krım körpüsünü təmir edir

Rusiya hələ də Krım körpüsünü təmir edir
İnternetdə təxminən 3 ay əvvəl partlayış baş verən Krım körpüsünün yeni peyk şəkli ortaya çıxıb. Fotoya görə, körpüdə təmir işləri hələ də davam edir.
Bu barədə "Osint" şirkətinin analitiki Bredi Efrik şəkli öz "Twitter" hesabında yerləşdirib.
"Krım körpüsü təxminən üç ay əvvəl zədələnib və peyk görüntüləri işçilərin hələ də zədələri təmir etdiyini göstərir", - Efrik qeyd edib. 
Bildirək ki, oktyabrın 8-də Krım körpüsündə partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Daha sonra Rusiya Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partladıldığını açıqlayıb. 
Oktyabrın 9-da Rusiya prezidenti Vladimir Putin  Ukrayna xüsusi xidmət orqanlarını Krım körpüsünü dağıtmaqda ittiham edib.

  • Rusiya hələ də Krım körpüsünü təmir edir - FOTO

Gundelik-Baku.Org