Qusarda qaz kəsiləcək

Qusarda qaz kəsiləcək
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Şahdağ” QTM qaz kəmərində planlı təmir işləri ilə əlaqədar 26 aprel saat 10:00-dan 17:00-dək "Qusar 2-ci xətt" və "Şahdağ TK(QPS)" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
SOCAR “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri görülən müddətdə Qusar şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gundelik-Baku.Org