Yayda telefonu qorumağın 3 sadə qaydası

Yayda telefonu qorumağın 3 sadə qaydası
Yay dövründə hər bir şəxs mobil cihazdan istifadə strategiyasını yenidən nəzərdən keçirməlidir. Bu zaman cihazlar yüksək temperatura və  günəş işığına qarşı həssasdır.
Batareyanın həddindən artıq isinməsi onun gözlənilməyən anda sıradan çıxmasına səbəb ola bilər.
Telefonun isinməsinin qarşısını almaq üçün 3 sadə qaydaya əməl etməlisiniz. 
Telefon kabrosunu çıxarın
Kabro mobil cihazın qorunmasını təmin edən əşyadır. Bildirilir ki, kabrosuz telefon batareyanın daha az isinməsinə şərait yaradır. 
Telefonun yükünü azaldın
Telefonunuzda çalışıb ağır fayllar saxlamayın. Smartfonu qızdıran əsas şeylərdən biri də budur. Yüksək keyfiyyətli videolar, şəkilləri bacardıqca cihazınızdan silin. 
Telefonunuzu günəş şüalarının düşdüyü yerə qoymayın
Yayda telefonu çox isti və işıqlı yerlərə qoymaq olmaz. Belə bir yerdə smartfonun uzun müddət qalması onu sıradan çıxarda bilər. 
Gundelik-Baku.Org