Mahsun Kırmızıgül: “Zəlzələdən zərərçəkənlərə mobil telefon verilsin”

Mahsun Kırmızıgül: “Zəlzələdən zərərçəkənlərə mobil telefon verilsin”
Türkiyəli aktyor, rejissor Mahsun Kırmızıgül zəlzələdən əziyyət çəkənlərə mobil telefon paylanmasını xahiş edib. 
Bu haqda sənətçi sosial şəbəkə hesabında post paylaşıb.
O, bunun üçün mobil operatorlardan yardım istəyib: 
“Dağıntılar altından çıxarılanların çoxu telefonlarını da itirib. Günlərdir ən çox ehtiyac olunan şeylərdən biri də telefondur. Zərərçəkənlərə telefon paylayın. Sizin vəsilənizlə insanlar yaxınları ilə rahat əlaqə yarada bilsinlər”. 
Gundelik-Baku.Org