Fevralın 15-dən şəxsi istifadə üçün gətirilən telefonlara da rüsum tətbiq ediləcək

Fevralın 15-dən şəxsi istifadə üçün gətirilən telefonlara da rüsum tətbiq ediləcək
Fevralın 15-dən Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək.
Telefon sahibləri onun dəyərinin 36 faizi həcmində rüsum ödəməli və malları gömrükdə bəyan etməli olacaqlar.
Dövlət Gömrük Komitəsindən Turan-a  bildiriblər ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarının 1 saylı əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Ancaq praktikada bu normaya əməl edilməyib. İndi bəyannaməsiz telefonların gətirilməsinin qarşısı ciddi şəkildə alınacaq».
Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya «Smart Customs» mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.
"Gömrük sərhədindən keçən mobil telefonun bəyan inzibati məsuliyyət yaradır”, - qurumdan bildiriblər.
Komitədə bildiriblər ki, ölkəyə gətirilən bütün mobil qurğular dəyərindən asılı olmayaraq bəyan edilməlidir.
“Vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir. Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Yəni, vətəndaş özü ilə dəyəri 900 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 100 dollardan ödənilir», - qurumdam bildirilib.  
Öz növbəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, bu il fevralın 15-dən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi qeydiyyata alınmayacaq.
Qeyd edək ki, IMEI (International Mobile Equipment Identity — beynəlxalq mobil avadanlıq identifikatoru) qeydiyyatı üçün telefonun qiymətindən asılı olaraq 20-150 dollar ödəmək lazımdır.
İqtisadçı və biznesmen Nazim Bəydəmirli bu yeniliyin inhisarçı şirkətlərin maraqlarına xidmət etdiyini bildirib. "Məhz bu məqsədlər üçün vergi ödəmədən alış məbləği elektron ticarətdə 300 dollara endirilir.
“Elektron ticarət zamanı bəyannaməsiz və vergisiz alış-veriş məbləğinin 300 dollara endirilməsi də bu məqsədlər üçündür. Bütün bunlar vətəndaşa deyil, inhisarçı  şirkətlərə xidmət edir”, - Bəydəmirli deyib.
Onun fikrincə, dövlət institutları Azərbaycanda süni qiymət artımı yaradırlar. Onun sözlərinə görə, sözügedən qərardan sonra ölkədə mobil telefonların qiyməti artacaq. 
Gundelik-Baku.Org