Qubada iki maşın toqquşub: Ölən var

Qubada iki maşın toqquşub: Ölən var
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Qəza nəticəsində Quba Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı Elnur Kəlbiyev hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində xəsarət alan Sahil İsayev adlı şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org