Yuxu piylənməyə səbəb olur

Yuxu piylənməyə səbəb olur
Alimlər yuxunun piylənməyə və metabolik problemlərə yol açdığını aşkar ediblər. 
Xarici media xəbər verir ki, gündüz istirahəti və ya hətta axşam yeməyindən sonra yatmaq vərdişi sürətli çəki artımı riskini artırır və orqanizmdə maddələr mübadiləsini pozur.
Məlumata görə, günorta yuxusu böyüklər üçün təhlükəlidir.
Mütəxəssislər orta yaş həddi 40-a yaxın olan 3275 nəfərin tibbi məlumatlarını araşdırıblar. Məlum olub ki, günorta siestası keçirməyə öyrəşmiş insanlar daha çox sağlamlıqlarının pisləşməsi və xəstəliyin inkişafı ilə yanaşı, həm də artıq çəkidən əziyyət çəkirlər.
Alınan məlumatları təhlil etdikdən sonra həkimlər gündüz yuxusu bədən kütləsi indeksini (BMI), qlükoza səviyyəsini artırdığını, həmçinin təzyiq artımlarına səbəb olduğunu müəyyən edib. Ancaq bu cür pozuntular yalnız gün ərzində yarım saatdan çox yatanlarda müşahidə edilib. Müqayisə üçün, gündə 30 dəqiqədən az yatan tədqiqat iştirakçılarının piylənmə və ya metabolik sindrom riski artmayıb.
Tədqiqatın nəticələri həkimlərə yuxu dəyişiklikləri ilə yarana biləcək domino effektini daha yaxşı anlamağa və ifadə etməyə kömək edəcək. Onun sözlərinə görə, gündüz istirahəti hormonların tənzimlənməsinə, əhval-ruhiyyəyə, konsentrasiyaya, fiziki performansa təsir edir. Buna görə də, daha uzun siesta bioloji saata, sonra hormonal tənzimləmə və maddələr mübadiləsinə təsir göstərir. 
Əldə edilən elmi məlumatlar əlavə araşdırma tələb edir. Amma mütəxəssislər nahardan sonra yatmaq vərdişindən əl çəkməyi tövsiyə edirlər. 
Gundelik-Baku.Org