Qayınatasını kafedə öldürdü

Qayınatasını kafedə öldürdü
Surqutda 40 yaşlı kişi qayınatasını kafedə qətlə yetirib.
Rusiya KİV bildirir ki, hadisə Mira prospektində yerləşən kafedə baş verib. Məlumata görə, burada 59 yaşlı kişi ilə kürəkəni arasında münaqişə yaranıb. Qayınata kürəkənini qızını döydüyünə və nəvələrinin zəif tərbiyəsinə görə qınayıb. Əsəbiləşən kürəkən bıçağı götürərək ona 7 bıçaq zərbəsi vurub. Kişi aldığı xəsarətlərn yerindəcə keçinib.
Daha sonra həmin şəxs avtomobili ilə hadisə yerindən qaçıb. Onun axtarışları davam edir.
Gundelik-Baku.Org