Putin mənəvi dəyərləri unifiksasiya edilməsini tapşırıb

Putin mənəvi dəyərləri unifiksasiya edilməsini tapşırıb
Rusiya prezidenti Vladimir Putin hökumətə mənəvi tərbiyə ilə bağlı bir sıra tapşırıqlar verib.
Rusiya Nazirlər Kabineti bütün strateji planlaşdırma sənədlərində “mənəvi dəyərlər” anlayışını unifikasiya etməli olacaq. Sənəd bazar ertəsi Kremlin saytında dərc olunub.
Xüsusilə, Putin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsi üçün rəqəmsal məzmunun və multimedia məhsullarının yaradılmasına hər il 3,9 milyard rubl ayırmağı əmr edib. Eyni zamanda, uşaq və yeniyetmələr üçün filmlərin istehsalı dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. Dəyişikliklərin bu il dekabrın 30-dək qanunvericilikdə təsbit edilməsi və onların 2023-cü ildə qüvvəyə minməsi planlaşdırılır.
Daha sonra Putin məktəblərdə doğma yurdunun tarixinin tədrisinə vahid yanaşmanın işlənib hazırlanmasını tapşırıb. Həmçinin Rusiya peşə təhsili müəssisələrində təhsil direktorunun məsləhətçiləri peyda olacaq. Onlar 2023-2024-cü tədris ilindən vahid təhsil mühitinin formalaşdırılması və gənclərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi ilə məşğul olacaqlar.
Gundelik-Baku.Org