Beynəlxalq Kosmik Stansiyanın orbitdən belə çıxarılacaq

Beynəlxalq Kosmik Stansiyanın orbitdən belə çıxarılacaq
Rusiyanın “Roskosmos” dövlət korporasiyası amerikalı həmkarları ilə birlikdə Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən çıxarılması prosesini tənzimləyən texniki sənəd layihəsi hazırlayıb.
TASS agentliyi bildirir ki, bu barədə korporasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Bir müddət əvvəl biz amerikalı həmkarlarımızla birlikdə Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılmasını, daha doğrusu, deorbitasiyanın texniki aspektlərini tənzimləyən texniki sənəd layihəsi hazırladıq", - deyə məlumatda qeyd edilib.
Dövlət korporasiyası bildirib ki, hər iki tərəfin imkanlarının tətbiq olunduğu Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılması üçün müxtəlif ssenarilər nəzərdən keçirilir. Eyni zamanda, müzakirələr, o cümlədən ISS proqramının rəhbərliyi səviyyəsində aparılır.
Gundelik-Baku.Org