Azərbaycanda kosmik fəaliyyətlə bağlı mühafizə zonaları yaradılacaq

Azərbaycanda kosmik fəaliyyətlə bağlı mühafizə zonaları yaradılacaq
Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır.
Bu barədə “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, yerüstü kosmik infrastruktura həmçinin aşağıdakılar aid edilir:
- kosmik obyektlərin yerüstü idarəetmə mərkəzləri;
- kosmik fəzada olan kosmik obyektlə telekommunikasiyanı təmin edən yer stansiyaları;
- kosmik raket kompleksləri və vasitələri, kosmik obyektlərin uçuş və eniş poliqonları və platformaları, 
- kosmik uçuşların yerüstü idarəetmə məntəqələri;
- kosmik uçuşlara hazırlıq mərkəzləri;
- kosmik obyektin saxlanc yerləri və sınaq məntəqələri;
- kosmik fəaliyyət üçün zəruri olan digər yerüstü kosmik infrastruktur qurğular və vasitələr.
Gundelik-Baku.Org