Arvadını və 2 qızını öldürdü

Arvadını və 2 qızını öldürdü
Almaniyada türkiyəli qadın və iki azyaşlı qızı öldürülüb.
Xarici media xəbər verir ki, hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində baş verib. Buradakı yataqxanaların birinin otağında 37 yaşlı Ruziye Öz ilə iki qızı 8 yaşlı Pəri və 5 yaşlı Masalın meyitləri aşkarlanıb.
Yerli hüquq-mühafizə orqanlarından verilən açıqlamada qətlin qadının həyat yoldaşı tərəfindən törədildiyi bildirilir. Hadisə ilə əlaqədar 35 yaşlı Uğur S. Marl şəhərində saxlanılıb.
Gundelik-Baku.Org