"Ötən il Türkiyənin ixracatı 12,9 faiz artıb" - Ərdoğan

"Ötən il Türkiyənin ixracatı 12,9 faiz artıb" - Ərdoğan
"Ötən il Türkiyənin ixracatı 2021-ci illə müqayisədə 12,9 faiz artaraq 252,2 milyard dollara çatıb".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, istehsalın və ixracın artmasına həyata keçirilən düzgün siyasət nəticəsində buna nail olunub.
İyirmi il əvvəl Türkiyənin ixracatının cəmi 36 milyard dollar olduğunu və hazırda bu rəqəmin 7 dəfə artdığını deyən Ərdoğan qeyd edib ki, hədəf Türkiyəni dünyanın ən böyük 10 ixracatçı ölkəsi sırasına daxil etməkdir.
Gundelik-Baku.Org