Borc vermədiyi üçün sinif yoldaşını GÜLLƏLƏDİ

Borc vermədiyi üçün sinif yoldaşını GÜLLƏLƏDİ
Omskda sinif yoldaşını qətlə yetirən 58 yaşlı yerli sakin məhkəmə qarşısına çıxacaq.
Rusiya KİV bildirir ki, bir kişi maliyyə çətinliklərinə görə qızının avtomobilini 500 min rubl müqabilində lombard qoymalı olub. Kişinin uşaqlıq dostu ona baş çəkməyə gəlib və yarım milyon rubl borc istəyib. İmtina etdikdən sonra kişi dostunu güllələyərək, ondan 45 min rubl və 500 min rubl dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Nəticədə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Gundelik-Baku.Org