Oyuncaq tapança ilə oğurluq: 130 min dollar, 50 min avro...

Oyuncaq tapança ilə oğurluq: 130 min dollar, 50 min avro...
Moskva televiziyasının prodüseri oyuncaq tapança ilə qarət edilib. 
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib. 
Onun sözlərinə görə, milyonlarla rubl oğurlayan əcnəbi saxlanılıb: "İki nəfər yaşayış binasına soxulub. Onlar odlu silaha oxşayan əşya ilə hədə-qorxu gələrək ev sahibindən 130 min ABŞ dolları, 50 min avro və 3 ədəd qol saatı alıblar. Ümumi zərər təxminən 14 milyon rubl təşkil edib".
Gundelik-Baku.Org