Rusiyada kartofa görə qətl – “Yaxşı qızartmadı”

Rusiyada kartofa görə qətl – “Yaxşı qızartmadı”
Rusiyanın Tomsk vilayətində kuryoz qətl baş verib. 
Melikovo kəndinin 65 yaşlı sakini kartof qızartmasına görə dostunu öldürüb. 
Təqaüdçü kişi dostunu evə dəvət edərək ondan kartof qızartmasını xahiş edib. Bundan sonra onlar spirtli içki qəbul edəcəkdilər. Amma dostunun kartof qızartması kişinin xoşuna gəlməyib və dostuna bıçaqla zərbə vurub. 
Nəticədə kişi qanaxmadan ölüb. Qatil baş verənləri etiraf edib. 
Gundelik-Baku.Org