Gəlinini öldürtmək üçün 32 min manatlıq killer tutdu

Gəlinini öldürtmək üçün 32 min manatlıq killer tutdu
Rusiyanın Altay vilayətinin Barnaud şəhərində 57 yaşlı təqaüdçü qadın həbs edilib.
Xarici KİV xəbər verir ki, o, öz gəlininin qətlini sifariş verməkdə ittiham edilir. Məlumata görə, gəlinin hərəkətlərindən bezən qadın killer tutaraq ona 150 min rubl beh verib. Qətli törətdikdən daha sonra isə ona bir milyon 350 min rubl (təxminən 32 min manat) verəcəyini bildirib. 
Amma qətlin planı ilə bağlı killerlə müzakirə aparmaq istəyəndə polis tərəfindən yaxalanıb. O, “muzdlu qətlə hazırlıq” maddəsilə həbs edilib. 
 
Gundelik-Baku.Org