Qozun bilmədiyimiz zərərləri

Qozun bilmədiyimiz zərərləri
Araşdırmalara görə, gündəlik yeyilən qozun miqdarı 20-84 qram ola bilər. Qoz yüksək miqarda enerji verdiyinə görə çox yeyiləndə çəki artımına səbəb olur. Buna görə də qoz həm də kökəlmək istəyən insanlar üçün ideal qidadır.
Xarici mətbuat xəbər verir ki, bol miqdarda qoz yemək insanda allergik reaksiyalarla müşahidə oluna bilər. Qozun digər bir zərəri isə bədənin müxtəlif hissələrində səpgi və şişginliklər əmələ gətirməsidir. Bu, daha çox dərisi həssas insanlarda müşahidə oluna bilər. Qoz çox yeyildikdə ishala da səbəb ola bilər. Vaxtında həkimə müraciət etdikdə əlavə təsirlərdən qurtulmaq olar.
Tərkibində allergik reaksiyalara malik maddələr olduğuna görə çox qoz yemək ürəkbulanmaya və qarın ağrısına səbəb ola bilər. Hamilə və uşaq əmizdirən qadınlar qoz yeyərkən daha diqqətli olmalıdır. Allergik reaksiyalar, ürəkbulanma, ishal və s. hallar hamilələr üçün daha risklidir.
Gundelik-Baku.Org