Alzheimer xəstəliyini 10 il qabaqdan müəyyən edəcəklər - YENİLİK

Alzheimer xəstəliyini 10 il qabaqdan müəyyən edəcəklər - YENİLİK
Alzheimer xəstəliyində beyindəki neyronlar ölür və bunun beta-amiloid və tau zülallarının anormal yığılmasının nəticəsi olduğu deyilib.
Xarici KİV xəbər verir ki, Karolinska İnstitutunun alimləri şəkər qrupundan molekul aşkar ediblər ki, qanda onun səviyyəsi Alzheimer xəstəliyinin başlanmasından on il əvvəl onu proqnozlaşdıra bilib.
Müəlliflər daha əvvəl Alzheimer xəstəliyi olan insanlarda tau və spesifik şəkərlərin, qlikanların səviyyələri arasında əlaqəni göstəriblər. Lakin bu analizlər xəstəliyin müntəzəm skrininqi üçün istifadə edilməsi çətin olan serebrospinal maye üzərində aparılıb.
Alimlər yeni bir araşdırmada, qanlarında müəyyən səviyyədə qlikan olan insanların Alzheimer xəstəliyinə tutulma ehtimalının iki dəfədən çox olduğunu göstəriblər. Bu o deməkdir ki, qanda bu molekulun səviyyəsi Alzheimer xəstəliyinin riskini qiymətləndirmək üçün istifadə edilə bilər. Testin dəqiqliyi təxminən 80% -dir.
Nəticələr 17 il ərzində izlənilən 233 iştirakçıya əsaslanıb.
Alzheimer xəstəliyinə qarşı dərmanların klinik sınaqları göstərib ki, müalicəyə patoloji prosesin erkən mərhələsində başlamaq lazımdır. Alimlərin kəşfi insanlarda xəstəliyin ilkin mərhələsini aşkar etməyə imkan verəcək.
Gundelik-Baku.Org