II Elizabetin "Land Rover"i hərraca çıxarılır

II Elizabetin "Land Rover"i hərraca çıxarılır
Mərhum Kraliça II Elizabetin 1968-ci ildə istehsal etdiyi yolsuzluq avtomobili Bonhams hərrac evi tərəfindən satışa çıxarılıb.
Bu barədə “The Sun” məlumat yayıb.
Avtomobilin qiyməti 60-90 min funt sterlinq arasındadır.
Land Rover Series IIA 109'' 4x4 əvvəlcə İngiltərə Müdafiə Nazirliyi tərəfindən alınmışdı, lakin sonradan Kraliça II Yelizaveta və onun əri Şahzadə Filipin 1977-ci ildə Şimali İrlandiyaya səfəri zamanı istifadə edilən üstü açıq təntənəli avtomobilə çevrilib.
Bundan əlavə, SUV Britaniya kraliçasının 36 ölkədəki turlarında iştirak edib.
Bonhams kolleksiya avtomobillərinin satışı bölməsinin rəhbəri Tim Schofield avtomobilin gözlənilən satışını elan edərək Land Rover-in II Yelizaveta və Şahzadə Filip üçün əhəmiyyətini ayrıca qeyd edib.
"Kraliça Elizabeth və Edinburq hersoqunun hər ikisi Land Rover brendinə çox bağlı idilər, ona görə də bu, krallıq xatirələri kolleksiyasının vacib hissəsidir" dedi.
2022-ci ilin sonunda II Elizabeth-in daha bir Land Rover avtomobili hərraca çıxarılmışdı.
Gundelik-Baku.Org