Ərdoğandan xanımına böyük jest - Maşınının nömrəsi...

Ərdoğandan xanımına böyük jest - Maşınının nömrəsi...
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin yerli elektromobili “Togg” ilk tədarükü baş tutub.  
Yerli elektromobili ilk sifariş edən prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana "Togg T10X" təslim edilib. 
Prezident iqamətgahında keçirilən mərasimdə Əminə Ərdoğanın adına olan avtomobilin “34 EE 2071” nömrə nişanı diqqət çəkib. Belə ki, Ərdoğan xüsusilə Əminə Ərdoğanın adına uyğun olaraq nömrə seçdiyini vurğulayıb. 
“E.E, bildiyiniz kimi, xanımın adı ilə ortaq soyadımızdır. 2071 rəqəmi də,  1071-ci il Malazgird döyüşünün tarixidir ( Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında 26 avqust 1071-ci ildə İberiyanın Manzıkert nahiyyəsində baş vermiş döyüş. - red). Çünki 1071-dən sonra bizim üçün fərqli bir baxış olub''. 
Sosial şəbəkələrdə qısa müddətdə mövzu ilə bağlı çoxlu şərhlər edilib.
  • Ərdoğandan xanımına böyük jest - Maşınının nömrəsi...
Gundelik-Baku.Org