"Togg" ilk avtomobilini bu gün Ərdoğana təhvil verəcək

"Togg" ilk avtomobilini bu gün Ərdoğana təhvil verəcək
Bu gün Türkiyənin Avtomobil Təşəbbüs Qrupu ilk yerli və milli avtomobil olan "Togg" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil veriləcək.
Prezident iqamətgahında saat 16.00-da başlaması planlaşdırılan mərasimdə prezident Ərdoğan və xanımı Əminə Ərdoğana avtomobilləri təqdim ediləcək.  
Bildirilir ki, avtomobillərdən biri Ərdoğanın  ailəsi tərəfindən istifadə ediləcək, digəri isə Prezidentliyə ayrılacaq. İkinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlanıb. 
Qeyd edək ki,  80 faizi mobil tətbiq vasitəsilə satılan "Togg" 177 min nəfər tərəfindən sifariş edilib.
Gundelik-Baku.Org