“Çırpınırdı Qara dəniz” Ərdoğanın seçki mahnısı oldu

“Çırpınırdı Qara dəniz” Ərdoğanın seçki mahnısı oldu
Dahi bəstəkar Üzeyir Hacıbəylinin və şair Əhməd Cavadın məşhur “Çırpınırdı Qara dəniz” əsəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki mahnısı olub.
Bəstənin sözləri Ərdoğan üçün dəyişdirilərək “Senden vazgeçmeyiz” adı ilə təqdim olunub.
Hazırlanan klipdə Prezident İlham Əliyevlə Ərdoğanın görüntüləri də yer alıb.
Qeyd edək ki, Türkiyədə Prezident seçkiləri 2023-cü ildə keçiriləcək.

Gundelik-Baku.Org