Ərdoğan və Bağçalı arasında kritik görüş başladı

Ərdoğan və Bağçalı arasında kritik görüş başladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Cümhur İttifaqı”nda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüş keçirir. 
“TRT Haber” xəbər verir ki, görüşdə aktual məsələlərdən söz açılacaq.
Bildirilir ki, seçkilərə hazırlıq, parlamentin fəaliyyəti, qanunvericiliyə dəyişikliklər, iqtisadi və xarici siyasət məsələləri müzakirə ediləcək. 
Həmçinin, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsinin aparılması gözlənilir. 
Qeyd edək ki, Ərdoğanla Bağçalı sonuncu dəfə ötən ilin 29 dekabrında Prezident İqamətgahında görüşmüşdülər. 
Gundelik-Baku.Org