Köln məscidində ilk dəfə azan səsləndirilməsinə icazə verilib

Köln məscidində ilk dəfə azan səsləndirilməsinə icazə verilib
Almaniyanın Köln şəhərində 2018-ci ildə açlışı olan məsciddə bu gün ilk dəfə azan səsləndiriləcək.

Bu barədə "Report”un Avropa bürosuna Diyanət İşləri, Türk-İslam Birliyindən (DİTİB) məlumat verilib.

Ötən gün DİTİB-ə bağlı Köln məscidində keçirilən mətbuat konfransında şəhər rəhbərliyi, icitmaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər. DİTİB əməkdaşı Zəkəriya Altuq azan səsləndirilməsi ilə bağlı qaydaları tənqid edib. O bildirib ki, azan səsi saç qurutma fenininin səsindən çox olmalıdır: "60 desibelə qədər azan səsləndirilməsinə icazə verilib. Bu nə deməkdir? Məsciddən bayıra çıxsanız və qarşıdakı piyada zolağının yanında dayansanız, azanın səsini eşidə bilməyəcəksiniz”.

Z.Altunq vurğulayıb ki, azan müsəlmanları namaza çağırışdır və müəzzinin səsi ətrafda yaxşı eşidilməlidir:

"Necə ki, kilsəslərdə bazar günü kilsə zəngləri ətrafda aydın eşidilir, eləcə də azan səsi məscidin ətrafında aydın eşidilməlidir. Əgər biz dini bərabərlikdən danışırıqsa...”.

DİTİB-dən bildirilib ki, məscidin açlışından 4 il keçməsinə baxmayaraq, yalnız indi, həftənin cümə günü, saat 12:00-15:00 arası, cəmi 5 dəqiqə azan səsləndirilmsinə icazə verilib.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açlışı olan Köln məscidində indiyə kimi müəzzin tərəfindən binanın daxilində azan verilib.

Hazırda Almaniyada 2 800 məscid var. Onlardan 900-ü DİTİB-ə aiddir.

Gundelik-Baku.Org