TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb

TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb
Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. 
Toplantıda Mövlud Çavuşoğlu ilə yanaşı, Özbəkistanın xarici işlər nazirinin müavini Bəhtiyor Saidov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, Qazaxıstanın xarici işlər nazirinin birinci müavini Kayrat Umarov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu, Türkmənistanın İstanbuldakı baş konsulu Muratgeldi Seyitməmmedov və TDT-nin baş katibi Kubanicbek Omuraliyev iştirak edib. 
Toplantı zəlzələ fəlakətində həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Diplomatik korpusun rəhbəri qeyd edib ki, TDT ölkələri birgə əməkdaşlığı artırmalıdır: "Qlobal enerji tənliyində çəkimiz artır. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP kimi böyük enerji layihələrini birlikdə həyata keçirmişik. Biz TANAP-ın Xəzər regionundan əlavə təbii qazın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlığı artırmalıyıq. Azərbaycanlı və türkmən qardaşlarımızla imzaladığımız üçtərəfli anlaşma memorandumu bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Asiyanın yenidən önə çıxdığı bu dövrdə qlobal ticarətdə Orta Dəhlizin payını artırmalıyıq. Biz Səmərqənd Sammitində bu istiqamətdə imzaladığımız müqavilələri tez bir zamanda həyata keçirməliyik. İqtisadiyyatlarımızın sağlam inteqrasiyası üçün Türkiyə İnvestisiya Fonduna önəm veririk. Məqsədlərimizə daha tez çatmaq üçün katibliyimizi daha da gücləndirəcək qərarlar qəbul edək".
Gundelik-Baku.Org