İranın XİN rəhbəri Türkiyəyə gedəcək

İranın XİN rəhbəri Türkiyəyə gedəcək
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yanvarın 17-də Türkiyəyə rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 17 yanvar 2023-cü il tarixində ölkəmizə səfər edəcək.
Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qonaq nazir arasında keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə ediləcəyi nəzərdə tutulur.
Gundelik-Baku.Org