Rusiyada havada tüstülənən təyyarə məcburi eniş etdi

Rusiyada havada tüstülənən təyyarə məcburi eniş etdi
Rusiyanın Aviastar aviaşirkətinə məxsus təyyarə Novosibirskdəki Tolmaçevo hava limanında məcburi eniş edib.
Xarici KİV xəbər verir ki, Norilskdən Novosibirskə uçan TU-204 təyyarəsinin qəza enişinə səbəb onun tüstülənməsi olub. 
"Əsas şassinin sağ tərəfində tüstü yaranıb. Yanğının hansı səbəbdən başladığı məlum deyil. Tələfat yoxdur", - deyə məlumatda qeyd olunub. 
Gundelik-Baku.Org