Ukrayna silah idxalına görə üçüncü oldu

Ukrayna silah idxalına görə üçüncü oldu
Ukrayna 2022-ci ildə silah idxalının həcminə görə üçüncü yerdə qərarlaşıb.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, Ukrayna 1991-ci ildən 2021-ci ilin sonuna qədər az sayda əsas silah-sursat növləri idxal edib.
“ABŞ və bir çox Avropa ölkələrinin hərbi yardımı sayəsində Ukrayna Rusiyanın fevralın 22-də hücumundan sonra ötən il dünyada əsas silah növlərinin idxalına görə üçüncü pillədə yer alıb və 2018-22-ci illər üzrə 14-cü nəhəng silah idxalçısı olub”, - deyə məlumatda bildirilir.
Həmçinin vurğulanır ki, 5 il ərzində dünya üzrə silah idxalının 2,0%-i Ukraynanın payına düşüb.
Gundelik-Baku.Org