Pakistandan Türkiyəyə 8200 qış çadırı daşıyan ikinci gəmi yola düşüb

Pakistandan Türkiyəyə 8200 qış çadırı daşıyan ikinci gəmi yola düşüb
 Kahramanmaraş mərkəzli zəlzələlər səbəbiylə Pakistandan Türkiyəyə 8200 qış çadırı daşıyan ikinci gəmi yola düşdü.

Pakistan Milli Fəlakət İdarəsi Agentliyindən (NDMA) verilən açıqlamaya görə, Türkiyə və Suriyaya çatdırılmaq üçün 65 konteynerə yüklənmiş 1221 ton yardım materialı daşıyan mülki yük gəmisi Karaçini tərk edib.

8200 qış çadırı olan 41 konteyner Türkiyəyə, 24 konteynerdə 15 min ərzaq bağlaması isə Suriyaya çatdırılacaq.
Gundelik-Baku.Org