Gəmilər zəlzələ bölgəsinə yola düşdü

Gəmilər zəlzələ bölgəsinə yola düşdü
Dəniz İşləri Ümumi Müdirliyinin koordinasiyasında zəlzələ bölgəsinə yardım materialları və maşın avadanlıqları gətirəcək “Pergamon Seaways” İstanbul Pendik limanından İskəndərun körfəzinə doğru yola düşüb.
 
Xarici medianın məlumatına görə, qurumun “Twitter” hesabında bildirilib ki, yardım materialları ilə yüklənmiş gəmi zəlzələ bölgəsinə 74 yedəkləyici, 15 diyircəkli qoşqu, 34 kran, 21 vedrə, 35 yük maşını, 41 ekskavator, 11 qoşqu və 31 müxtəlif texnika daxil olmaqla, ümumilikdə 254 texnika daşıyacaq. Gecə saat 03.00-da yola düşən gəminin sabah gecə İskəndəruna çatacağı gözlənilir.
Gundelik-Baku.Org