Bu ölkə Türkiyəyə 90 ton yardım daşıyan daha bir təyyarə göndərdi

Bu ölkə Türkiyəyə 90 ton yardım daşıyan daha bir təyyarə göndərdi
Səudiyyə Ərəbistanı zəlzələdən zərər çəkmiş bölgələrə yardım daşıyan daha bir təyyarə göndərib.
 
Xarici medianın məlumatına görə, bu çərçivədə çadır, adyal və yuxu çantaları ilə qida və tibbi ləvazimatlardan ibarət 90 ton yardım daşıyan təyyarənin paytaxt Ər-Riyaddakı Beynəlxalq Kral Xalid Hava Limanından Qaziantep Hava Limanına Kral Salmana yola düşdüyü bildirilir. Kral Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişləri ilə başladılan hava yardımı dəhlizi çərçivəsində ölkədən Türkiyə və Suriyaya yardım aparan təyyarələrin sayı 10-a çatıb.
Gundelik-Baku.Org