İrəvandakı ABŞ səfiri: “Münaqişənin həlli üçün hər şeyi edəcəyəm“

İrəvandakı ABŞ səfiri: “Münaqişənin həlli üçün hər şeyi edəcəyəm“
ABŞ-ın Ermənistandakı yeni səfiri Kristina Kuinn "Facebook"da yerləşdirdiyi videoda Ermənistana müraciət edib.
Səfir Silikon Vadisində innovativ texnologiyalar mərkəzi, milli parkları və böyük erməni əhalisi ilə məşhur olan Kaliforniya ştatındandır.
“Mən Fresnoda böyümüşəm, orada müəllimlərim və erməni-amerikalı dostlarım var idi. Estetik erməni mədəniyyəti və canlı mətbəxi ilə tanış olmaq imkanım oldu. İndi isə Ermənistana gələndən sonra sanki evə qayıtmışam”, - deyə Kristina Kuin vurğulayıb.
ABŞ səfiri əlavə edib: “Söz verirəm ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin davamlı həlli və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üçün mümkün olan hər şeyi edəcəyəm”.
“Ermənistan sülh və təhlükəsizlik şəraitində yaşamağa, seçdiyi siyasi və iqtisadi yolla getməyə layiqdir. Erməni-Amerika münasibətləri güclüdür və mən əlaqələrimizi gücləndirmək və Ermənistana parlaq və firavan gələcək yaratmağa kömək etmək üçün səyimi əsirgəməyəcəyəm”, - deyə Kristina Kuinn fikirlərini yekunlaşdırıb.
Gundelik-Baku.Org