Avstraliyada İphone formalı silah tapıldı

Avstraliyada İphone formalı silah tapıldı
Qərbi Avstraliya polisi Baldivisdəki Cassinia küçəsindəki bir ünvanda narkotik alverində şübhəli bilinən şəxsin evində axtarış aparıb. 
Əməliyyat-axtarış tədbirləri zamanı evdə qəribə görünüşlü iPhone tapılıb. Məlum olub ki, qurğu gizli silah olub.
Belə ki, tapançanın heç bir lisenziyası olmadığı üçün qaçaqmalçılıq yolu ilə gətirilib. Polis smartfon kimi görünən silahın atəş və ya saxta olub olmadığını yoxlayacağını açıqlayıb. 
iPhone görünüşlü silah "İdeal Conceal" adlı şirkət tərəfindən hazırlanıb. 
Gundelik-Baku.Org