Qaribaşvili Ərdoğanla görüşdən sonra Hataya gedəcək - YENİLƏNİB

Qaribaşvili Ərdoğanla görüşdən sonra Hataya gedəcək - YENİLƏNİB
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyəyə gedib.
Gürcüstan KİV-lərin verdiyi xəbərə görə, Baş nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Qaribaşvilinin təbii fəlakət zonasına - Gürcüstanın xilasetmə qruplarının axtarış işləri apardığı Hatay vilayətinin Antakya şəhərinə də səfər edəcək.
Məlumata görə, səfərlə əlaqədar Qaribaşvilinin parlamentdə Gürcüstanın milli təhlükəsizliyi ilə bağlı çıxışı təxirə salınıb.
***10:47
Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə səfər edəcək.
"Anadolu" xəbər verir ki, hökumət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Gundelik-Baku.Org