Netanyahu Kiyevə səfər edə bilər

Netanyahu Kiyevə səfər edə bilər
İsrailin baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Kiyevə səfər edə bilər.
Bu barədə İsrailin "Hayom" qəzeti məlumat yayıb.
Bildirilir ki, hazırda bu məsələ İsrailin baş nazirinin dairəsində müzakirə olunur.
Qəzet vurğulayıb ki, səfər baş tutsa, Netanyahunu Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.  
Gundelik-Baku.Org