İsrailin XİN rəhbəri Kiyevdədir - Foto

İsrailin XİN rəhbəri Kiyevdədir - Foto
İsrailin xarici işlər naziri Eli Kohen Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Bu barədə məlumatı israilli nazir öz tviter hesabında açıqlayıb. 
Onun sözlərinə görə, səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək, Buça və Babi Yara səfər edəcək: “Mən bunu deməyə gəlmişəm: İsrail çətin anda Ukraynanı və xalqını dəstəkləyir”.
Qeyd edək ki, bu, Ukraynada müharibə başlayandan bəri yüksəkvəzifəli İsrail rəsmisinin Kiyevə ilk səfəridir.
 
Gundelik-Baku.Org