Dağıntılar altında xilasedicilərlə söhbəti gündəm olan şəxsdən üzücü xəbər: Ayağı kəsiləcək

Dağıntılar altında xilasedicilərlə söhbəti gündəm olan şəxsdən üzücü xəbər: Ayağı kəsiləcək
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam edərkən dağıntının 5 metr altında olan Ahmet Erol Yılmaz adlı şəxslə axtarış-xilasetmə qruplarının dialoqu Türkiyənin gündəmində olub.
 
Xəstəxanada 72 saat dağıntılar altında qaldığını izah edən Yılmaz "Dağıntılar altında xoşbəxt idim, heç pessimist düşünməmişdim. Əməliyyat olunacağam, sol ayağım böyük ehtimalla topuqdan kəsiləcək"- deyib.
 
Adını dəfələrlə çağıran məmurları yumoristik bir dillə qınayan Yılmaz "Dağınıqlıqlar altında qalanda telefon cibimdə idi. İçəri girən kimi AFAD səs verir: "Ahmet, Ahmed. Su yoxdu, ağzımız qurudu, susuzluqdan üzümüz çatlayır. Ahmet Ahmet deyirsən, hər şey aydındır onsuz da yaşayırıq, ciyərimiz yarıldı, dodaqlarımız çatladı. Allah hər kəsdən razı olsun" - deyə o bildirib.
 
Gundelik-Baku.Org