Ölən ailəsinin başından ayrılmadı

Ölən ailəsinin başından ayrılmadı
Türkiyənin 10 vilayətində baş verən zəlzələlərdən sonra xilasetmə işləri davam edir.
Dağıntılar altında qalan insanların fotoşəkilləri beynəlxalq ictimaiyyətdə böyük kədər yaradıb. 
Belə ki, Hatayda ailəsi ilə birlikdə dağıntılar altında qalan kişinin görüntüləri diqqət çəkib. Abdulalim Muaini adlı şəxs xilas edilsə də, onun iki qızı və həyat yoldaşı zəlzələnin qurbanı olub.  
Muaini xilas edilməsinə baxmayaraq, həyat yoldaşının və qızlarının cansız bədənlərinin yanından ayrılmayıb.  Onu bu görüntüləri dünya mediasında gündəm olub.  
Muaininin ailəsi ilə birlikdı Suriyada 10 ildən artıqdır davam edən müharibədən qaçdığı və əslən Humsdan olduğu  öyrənilib.

  • Ölən ailəsinin başından ayrılmadı - FOTOLAR
  • Ölən ailəsinin başından ayrılmadı - FOTOLAR
  • Ölən ailəsinin başından ayrılmadı - FOTOLAR
Gundelik-Baku.Org