Ər-arvad 203 saat sonra xilas edildi

Ər-arvad 203 saat sonra xilas edildi
Türkiyədə axtarış-xilasetmə işləri davam edir. Bu proses möcüzə sayılacaq hadisələrlə müşayiət olunur. Bu dəfə Kahramanmaraş vilayətində yeddimərtəbəli binanın dağıntıları altında qalan gənc cütlük sağ çıxarılıb. 
Türkiyə KİV-ləri xəbər verir ki, xilasetmə əməliyyatları zamanı zirzəmidən səs eşidilib. 
Hadisə yerinə cəlb olunan xilasedicilər bir neçə saat axtarışdan sonra 24 yaşlı Hidayət Polad və onun həyat yoldaşı 32 yaşlı Müharrem Polat xilas edilib. Onlar 203 saat dağıntılar altında qaldığı bildirilib. 
Gundelik-Baku.Org