Separatçılar arasında gərginlik: Vardanyan yola salınır

Separatçılar arasında gərginlik: Vardanyan yola salınır
“Artsax”da daxili siyasi həyat sakit deyil. Yaxın vaxtlarda kadr dəyişikliklərinin olması gözləniləndir”. 
Bu barədə “Hraparak” məlumat verib. 
Erməni nəşri Xankəndidəki mənbələrinə istinadla yazır ki növbəti perspektivdə “dövlət naziri” Ruben Vardanyanın vəzifədən uzaqlaşdırılması qaçılmazdır: 
“Rusiya tərəfi də bu fikri bəyənərək təklif edib ki, “Artsax xalqı” problemin həll yolunu özü tapmalıdır. 
Bundan savayı, “Artsax hakimiyyəti” və “siyasi qüvvələr” Ermənistan hakimiyyətlərindən fərqli olaraq, həddindən artıq qarşıdurmadan daha çox kompromis həllər və konsensusa üstünlük verirlər. Məhz buna görə də sülh yolu ilə həll variantı və “konstitusiya”ya dəyişikliklər məsələsi müzakirə olunur. Məsələ burasındadır ki, “konstitusiyaya” qlobal dəyişikliklər etmək üçün “konstitusiya referendumu” təşkil olunmalıdır ki, bu da indiki dövrdə mürəkkəb və çətin həyata keçirilir”. 
Qəzet bəyan edir ki, “seçkilər”in təşkili rahat getməyə bilər: 
“Ancaq hamı başa düşür ki, “Artsax”ın həyatı bir şəxsdən - “prezident”dən asılı ola bilməz, eləcə də onun istefası və ya qəfil ölümü “ölkə”ni acı reallıqla üz-üzə qoya bilər”. 
Xatırladaq ki, separatçı rejimin mövcud “konstitusiya”sına görə, “Artsax prezidenti” öz vəzifəsindən hər hansı bir şəkildə uzaqlaşdığı halda, “milli məclisin sədri” 1 ay ərzində yeni “seçkilər”i təşkil etməlidir. Buna baxmayaraq, “milli məclis”in idarəetmə səlahiyyəti mövcud deyil. Yəni “konstitusiya”ya görə, “milli məclis” “dövlət naziri” və ya separatçı rejimin “hökuməti”ni təyin edə bilməz. 
KİV onu da əlavə edib ki, “parlament” “konstitusiya”nın keçid müddəasını qəbul etməklə referendum olmadan bu müddəanı dəyişdirmək qərarına gəlib. Bununla da “Artsax prezidenti” “parlament” tərəfindən “deputat”ların üçdə iki səsi ilə “seçilə” bilər. 
Gundelik-Baku.Org