Ərdoğan dağıntılardan sağ çıxarılanların sayını açıqladı

Ərdoğan dağıntılardan sağ çıxarılanların sayını açıqladı
"İndiyə qədər dağıntılar altından xilas etdiyimiz insanların sayı 8 min nəfərdən çoxdur". 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  
Onun sözlərinə görə, zəlzələlərdən yaralı çıxan 81 mindən çox vətəndaşın çox  hissəsini evə buraxılıb:
“Qalanların müalicəsinə davam edirik. Biz təkcə ölkəmizdə deyil, bəşəriyyət tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üzləşirik. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələdə dağılmış minlərlə binanın dağıntılarını təmizlədikcə, təəssüf ki, itkilərimizin sayı artır”.
Gundelik-Baku.Org