"Dünyanın ən böyük axtarış-xilasetmə qrupunu toplasaq da..." - Ərdoğan

"Dünyanın ən böyük axtarış-xilasetmə qrupunu toplasaq da..." - Ərdoğan
"Millət olaraq ən böyük fəlakətlərdən biri ilə üz-üzəyik. Böyük itkilərimiz oldu. 10 əyalətdə ciddi dağıntılar olub".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.
"Biz Kahramanmaraş, Hatay və Adana vilayətlərində olub, oradakı vəziyyətlə bağlı qiymətləndirmələr apardıq. Dünən Qaziantep, Osmaniye və Kilisdə idim. Zəlzələdən sağ çıxan qardaşlarımla bir yerdə idik. Buradan Malatyaya gedəcəyik. Çox yaxşı bilirəm ki, yaşadığımız ağrıları ifadə etmək üçün sözlər yetərli deyil. 
Bu işlər ölkəmizdəki bütün axtarış qrupları ilə davam edir. 94 ölkədən yardım müraciətləri çərçivəsində yardım gəlməkdə davam edir. Bu bir həqiqətdir ki, 141 min nəfərlə dünyanın ən böyük axtarış-xilasetmə qrupunu toplasaq da, istədiyimiz sürətə çata bilmədik".
Gundelik-Baku.Org