"Sən get uşaq bezi satmağa davam et" - Ərdoğandan partiya liderinə cavab

"Sən get uşaq bezi satmağa davam et" - Ərdoğandan partiya liderinə cavab
"15 il yanımda oldun, amma məndən heç nə öyrənə bilmədin". 
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 
Türkiyə lideri DEVA Partiyasının sədri Ali Babacanın "Baykar" şirkətinin PUA-ları dövlət büdcəsi hesabına hazırlandığı iddialarına sərt reaksiya verib. 
"Siz rəqabətin nə olduğunu bilirsiniz? Sən get uşaq bezi satmağa davam et. Ev tekstili istehsalına davam et. Bu, sizin işiniz deyil. 15 il yanımda oldun, amma məndən heç nə almadın. 15 il... Yanında biri də var. O da elədir", - Ərdoğan deyib. 
Gundelik-Baku.Org