Türkiyədə sunami təhlükəsi - Dalğanın hündürlüyü 17 sm-ə çatdı

Türkiyədə sunami təhlükəsi - Dalğanın hündürlüyü 17 sm-ə çatdı
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra 100 afterşok olub. 
Bu barədə Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru Haluk Özener açıqlayıb. 
O, həmçinin sunami təhlükəsini də istisna etməyib: "Sahil daxilində baş verən zəlzələ belə sunami effekti yarada bilər".
Məlumata görə, zəlzələdən sonra dalğanın hündürlüyü Gazi Mağustada 17 sm, Mersində 13, Hatayda isə 12 sm olub.
Özenerin sözlərinə görə, bu, 17 avqust 1999-cu il zəlzələsindən sonra ən böyük zəlzələdir. 
Gundelik-Baku.Org