Erməni deputatın toxunulmazlığı əlindən alındı

Erməni deputatın toxunulmazlığı əlindən alındı
Ermənistan Parlamenti fevralın 9-da müxalifət "Ermənistan" fraksiyasının üzvü Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib.
Baş prokurorun vəsatətinin təmin edilməsinin lehinə 67 deputat səs verib.
Prokurorluq "İzmirlyan" Tibb Mərkəzinin keçmiş direktoru Armen Çarçyanı 2017-ci ildə saxta tibbi rəy verdiyinə görə toxunulmazlığını əlindən alıb. 
Ötən gün sözegedən fraksiyanın rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın da toxunulmazlığı götürülüb. 
Gundelik-Baku.Org