Rusiya Ukraynada 200 min əsgərini İTİRİB

Rusiya Ukraynada 200 min əsgərini İTİRİB
11 ay davam edən müharibədə Rusiya Ukraynada 200 minə yaxın hərbçisini itirib. 
Bu barədə "The New York Times" Amerika və Qərb rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, Ukraynada ölən və yaralanan rus əsgərlərinin sayı 200 minə yaxınlaşır.
"Cəmi 11 ayda bu itkilər Amerikanın Əfqanıstandakı müharibənin iyirmi ildəki itkilərindən 8 dəfə çoxdur. İşğalçı ordu Baxmut və Soledar uğrunda gedən döyüşlərdə xüsusilə ağır itki verib. Müharibə 8 milyondan çox sovet əsgərinin həlak olduğu İkinci Dünya Müharibəsi zamanı ölkənin üzləşdiyi mübarizə kimi aparılır. Putin Ukraynada yüz minlərlə itkiyə hazırdır, baxmayaraq ki, daha çox itki onun siyasi dəstəyini sarsıda bilər", - qəzet yazıb. 
Gundelik-Baku.Org