Dənizin rəngi dəyişdi

Dənizin rəngi dəyişdi
Türkiyənin Muğla vilayətində günorta saatlarında başlayan leysan yağış Marmaris, Datça, Seydikemer, Milas, Köyceğiz rayonlarında yerlərdə selə səbəb olub.
“Haber Türk” xəbər verir ki, yağışdan sonra dağlardan axan su səbəbindən dənizin rəngi qəhvəyi olub.
Xatırladaq ki, 2021-ci ildə Marmarisin İçmələr rayonunda baş verən meşə yanğınında təpələrdəki meşə sahəsi yanmışdı.
Yanan sahədə söndürmə işləri yekunlaşarkən, yağışdan sonra dağlardan axan palçıqlı su dənizin rəngini dəyişib.
Gundelik-Baku.Org